
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 16 milyard 519,8 milyon manat investisiya yönəldilib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz çoxdur. Son 1 ildə qeyri-neft-qaz sektoruna investisiyalar 2,3 faiz artaraq 11 milyard 37,7 milyon manata çatıb.