Azərbaycan Dünya Xalq Rəqsləri Yarışmasında iştirak edir

 

İstanbulda Dünya Xalq Rəqsləri Yarışması keçirilir. Tədbirdə Azərbaycan “Səma” Rəqs Ansamblı tərəfindən təmsil edilir.

Dünyanın 37 ölkəsindən 2 mindən çox rəqqası bir araya gətirən tədbirin qala gecəsi İstanbulun Cemil Topuzlu Harbiye Açıq Hava Teatrında keçirilib.

Mədəniyyətin, dostluğun və qardaşlığın eyni səhnədə nümayiş olunduğu konsertdə müxtəlif xalqların adət-ənənələri və ortaq dəyərlər xalq oyunlarının dili ilə tamaşaçılara təqdim edilib.

2026-07-15 / 20:06
Facebook