
NATO üzrə müttəfiqlər cümə axşamı nüvə imkanlarının modernləşdirilməsi və nüvə silahları sahəsində planlaşdırma potensialının gücləndirilməsi barədə razılığa gəliblər.
Fransa istisna olmaqla, NATO üzrə bütün müttəfiqlər nüvə çəkindirməsi məsələləri üzrə məsləhətləşmələrin aparılması və qərarların qəbul edilməsi üçün forum olan Nüvə Planlaşdırma Qrupunun üzvüdür.
“Reuters” agentliyinin məlumatına görə, görüşdə iştirak edən müdafiə nazirləri bəyan ediblər: “Alyansın strateji nüvə qüvvələri müttəfiqlərin təhlükəsizliyi üçün ən yüksək təminat olaraq qalır və NATO-nun genişləndirilmiş çəkindirmə arxitekturasının əsasını təşkil edir”.
Qrupun bəyanatında deyilir: “Nüvə siyasətinin iştirakçı ölkələrinin nazirləri NATO-nun nüvə çəkindirməsi missiyasını Alyansın nüvə potensialını modernləşdirmək, nüvə planlaşdırması sahəsində potensialı gücləndirmək və onu təhlükəsizlik maraqlarının təmin edilməsinə uyğunlaşdırmaq yolu ilə daha da möhkəmləndirməyə davam etmək barədə razılığa gəliblər”.