Çərşənbə axşamı, iyulun 15-də Türkiyədə Fetullah Gülenin başçılıq etdiyi “Paralel dövlət” (FETÖ) terror təşkilatı üzvlərinin hakimiyyəti ələ keçirməyə cəhdinin qarşısının alınmasının 9-cu ildönümünü qeyd edilir.
Türkiyə hökumətinin qərarı ilə bu tarix Demokratiya və Milli Birlik Günü elan edilib və qeyri-iş günüdür.
Həmin gün Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə ölkə şəhərlərində küçələrə çıxan yüz minlərlə insan FETÖ-nün planlarını alt-üst edib.
2016-cı il 15-16 iyul hadisələri zamanı 253 nəfər (63 polis, 6 hərbi qulluqçu və 184 mülki şəxs) həlak olub, onların xatirəsi ölkə daxilində və xaricdə çoxsaylı tədbirlərlə anılır. Küçələrə, məktəblərə bu qəhrəmanların adları verilib, abidələr ucaldılıb, muzeylər açılıb. Xain çevriliş cəhdi gecəsi 286 polis, 47 hərbçi və 2407 mülki şəxs yaralanıb. Türkiyə daxilində on minlərlə məsciddə 15 iyul qəhrəmanlarının xatirəsinə gün boyu dualar oxunacaq.

Türkiyədə qanlı iyul hadisələrində iştirak edən FETÖ tərəfdarlarının çoxu yaxalanıb, bəziləri beynəlxalq axtarışa verilib.
Doqquz il ərzində FETÖ ilə əlaqədə şübhəli bilinən 390 mindən çox adam saxlanılıb, onlardan 114 minə yaxını məhkəmə qərarı ilə həbs edilib.
Yüzlərlə məhkəmə prosesi keçirilib və bu prosesdə bəziləri keçmiş generallar olan minlərlə dövlət çevrilişinə cəhd iştirakçısı barəsində hökmlər çıxarılıb.
FETÖ lideri Fetullah Gülen uzun illər ABŞ-ın Pensilvaniya ştatında yaşayıb. Ankara onun ekstradisiyasını istəyib. 2024-cü il oktyabrın 20-də Türkiyə Xarici İşlər Nazirliyinə verilən məlumata görə, o, ABŞ-da bir xəstəxanada vəfat edib.