Donald Tramp: “Biz Putinlə görüşməliyik”

 

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəyə son qoyulmasını müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putinə zəng edə biləcəyini bildirib.

Bu barədə Tramp Yaxın Şərq səfərinin yekununda təyyarədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu məsələnin həlli üçün Putinlə görüşməlidir və bu görüş nə qədər tez təşkil edilsə, o qədər tez baş tutacaq.

"Düşünürəm ki, biz bunu həll edəcəyik. Ola bilsin, edə bilməyəcəyik, amma ən azından artıq bunu biləcəyik. Əgər həll etməsək, çox maraqlı olacaq”,- deyə ABŞ Prezidenti əlavə edib.

2025-05-16 / 17:08
Facebook