Azərbaycan musiqiçiləri Füceyrə Beynəlxalq Ud Forumunda uğurla təmsil olunublar

 

Birləşmiş Ərəb Əmirliklərinin Fücəyrə əmirliyində “Bir ud, müxtəlif mədəniyyətlər” şüarı altında keçirilən Fücəyrə Beynəlxalq Ud Forumunun açılış mərasimi olub. Forum Fücəyrə Valisinin vəliəhd şahzadəsi, əlahəzrət Şeyx Məhəmməd bin Həməd əl-Şərqinin dəstəyi ilə həyata keçirilib.

Bakı Musiqi Akademiyasından bildirilib ki, tədbirin açılış mərasimində 50 beynəlxalq musiqiçidən ibarət orkestrin müxtəlif musiqi janrlarını birləşdirən konsert proqramı təqdim olunub. Forum çərçivəsində fərdi və qrup çıxışları, ustad dərsləri, eləcə də tanınmış ud ifaçılarının iştirakı ilə maraqlı sərgilər təşkil edilib.

Azərbaycan musiqiçiləri də bu nüfuzlu beynəlxalq tədbirdə fəal iştirak ediblər. İstedadlı musiqiçilərimiz Rəşad İbrahimov, Təbriz Yusubov, Çinarə Heydərova, Nisbət Sədrayeva, İdris Hüseynov, Vüsal Bayramov və Rafael Əsgərov yüksək səviyyəli çıxışları ilə tamaşaçıların və münsiflərin rəğbətini qazanaraq mükafatlandırılıblar.

Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti, professor Yeganə Axundova isə forumda Fəxri qonaq qismində iştirak edib.

2025-05-09 / 14:54
Facebook