Azərbaycan Pakistanda “Yaz festivalı-2025”də təmsil olunub

 

Azərbaycan Pakistanın ən nüfuzlu ali təhsil ocaqlarından olan Müasir Dillər Universitetinin (NUML) İslamabad şəhərində təşkil etdiyi "Yaz festivalı-2025" adlı tədbirdə iştirak edib.

Ölkəmizin Pakistandakı səfirliyindən bildiriblər ki, Azərbaycan stendində milli yeməklərimiz, şirniyyatlardan ibarət müxtəlif kulinariya nümunələri, tariximizə və mədəniyyətimizə aid suvenirlər nümayiş olunub.

2025-04-22 / 15:36
Facebook