İstanbulda keçirilən məsləhətləşmələrdə Rusiya Federasiyasına məxsus müsadirə edilmiş diplomatik əmlakın geri qaytarılmasının prioritetliyini vurğulanıb.
Bunu jurnalistlərə diplomatik missiyaların fəaliyyətinin problemləri ilə bağlı ABŞ-la danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən bu ölkənin ABŞ-dakı səfiri Aleksandr Darçiyev bildirib.
Onun sözlərinə görə, tərəflər məsələnin tezliklə həllinə yönəlmiş “yol xəritəsi” üzərində işləməyə qarşılıqlı şəkildə hazır olduqlarını bildiriblər. Söhbət Amerika hakimiyyət orqanları tərəfindən müsadirə edilən və mülkiyyət hüququ əsasında Rusiya Federasiyasına məxsus diplomatik mülkiyyətdən gedir.
Diplomat deyib ki, nümayəndə heyətlərinin rəhbərləri ABŞ-ın əvvəlki administrasiyasından ciddi narahatlıqların olduğunu qeyd ediblər. Tərəflər diplomatların qaldıqları ölkədə hərəkət etmə rejimini asanlaşdırmaq üçün gələcək tədbirlər haqqında razılığa gəliblər.
Diplomatlar diplomatik missiyaların maneəsiz bank xidmətlərinin təmin edilməsinə dair razılığı əks etdirən nota mübadiləsi aparıblar.
Rusiya və ABŞ arasında məsləhətləşmələrin bu yaxınlarda keçiriləcək yeni raundunun tarixi dəqiqləşdirilir.