Aprelin 4-də Brüsseldə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Macarıstanlı həmkarı Peter Siyarto ilə görüşüb. Onlar tərəflər arasında gələcək təmaslar barədə razılığa gəliblər.
Bu barədə Sibiqa özünün X sosial hesabında məlumat verib: "Mən ikitərəfli gündəliyimizi müzakirə etmək və Ukraynanın Macarıstanla konstruktiv dialoqa dəstək verməkdə maraqlı olduğunu təsdiqləmək üçün Siyarto ilə görüşdüm".
Andriy Sibiqanın sözlərinə görə, görüşdə ikitərəfli münasibətlərdəki problemli məsələlərin həlli yolları müzakirə edilibb. Eyni zamanda Sıbiqa vurğulayıb ki, Ukrayna Macarıstanla konstruktiv dialoqa dəstək verməkdə maraqlıdır.
Nazirlər gələn həftə Ukrayna və Macarıstan komandaları arasında müvafiq məsləhətləşmələrin növbəti raundunun keçirilməsi barədə də razılığa gəliblər.
“Qonşu ölkələr olaraq xalqlarımız davamlı sülhə, təhlükəsizliyə və inkişafa layiqdir”,- deyə Ukraynanın xarici işlər naziri əlavə edib.