Tramp: Ukrayna ilə faydalı qazıntılar üzrə saziş tezliklə imzalanacaq

 

“Ukrayna ilə faydalı qazıntılar üzrə saziş tezliklə imzalanacaq”.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp kabinetlə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, görüşdə xəzinədarlıq katibi Skot Bessent sazişin tamamlanmaq üzrə olduğunu deyib.

Sazişin ötən ay Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri zamanı imzalanacağı planlaşdırılırdı. Lakin Prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vans ilə gərgin görüşündən sonra imzalanma təxirə düşüb.

2025-03-25 / 15:49
Facebook