Volodimir Zelenski ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla görüşündə Ukraynanın təhlükəsizliyinə təminat verilməsində israr edib.
“Bloomberg” agentliyinin məlumatına görə, Prezident Volodimir Zelenski Ukrayna-Rusiya müharibəsinin dondurulması ehtimalının artdığını və bununla bağlı təhlükəsizlik təminatlarında israrlı olduğunu bildirib.
O, həmçinin Kiyevin yalnız güc mövqeyindən atəşkəs danışıqlarına başlaya biləcəyini vurğulayıb. Ukraynanın dövlət başçısı, eyni zamanda, NATO-ya üzvlük üçün dəvət almağa çalışdığını deyib.
Volodimir Zelenski Ağ evin gələcək rəhbəri ilə görüşündə Qərb qoşunlarının Ukrayna ərazisində mümkün mövcudluğu ilə bağlı təklif də irəli sürüb.