Azərbaycan ilə Türkiyə arasında ticarət həcminin 15 milyard dollara çatdırılması hədəfi var. Bu il də artımın olacağını proqnozlaşdırırıq.
Bunu Dünya Türk Biznes Şurasının (DTİK) Azərbaycan üzrə nümayəndəsi Barış Altiparmak Türkiyə səfirliyinin ev sahibliyi ilə DTİK-in Avrasiya Nümayəndələr Şurasının Bakı görüşündə deyib.
Barış Altiparmak qeyd edib ki, 2023-cü ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 7,5 milyard dollar olub ki, bu da iki ölkə arasında hədəflənən həcmin yarısı deməkdir.
“Azərbaycan iqtisadiyyatının canlanmasında investorların rolu danılmazdır. Azad iqtisadi zonalarda, sənaye və texnologiya parklarında investorlara təqdim edilən imkanlar mühüm əhəmiyyət daşıyır”, - deyə Barış Altiparmak qeyd edib.