Rusiya rəqəmsal rubldan istifadə etməyə başlayacaq

 

2025-ci ildən Rusiyada büdcə hesablamalarında rəqəmsal rubl tətbiq ediləcək.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rusiya çağırır!” forumunda bildirib.

2025-ci il iyulun 1-dən Rusiya Federasiyasının federal büdcə sistemində rəqəmsal rubl vasitəsilə aparılan hesablamalardan istifadə ediləcək. Beynəlxalq hesablamalarda rublun istifadəsindən danışan Putin qeyd edib ki, Rusiya bu cür əməliyyatları biznes üçün daha rahat etməli və xərcləri azaltmalı olan infrastruktur yaratmağa davam edir. “O cümlədən, banklar müştərilərin məsafədən identifikasiyası üsullarını sazlaya bilsinlər deyə eksperimental hüquqi rejimin tətbiqi də planlaşdırılır. Təbii ki, çirkli pulların yuyulmasına qarşı qanunvericilik baxımından risk yaratmadan”, - deyə o bildirib.

2024-12-05 / 12:25
Facebook