Afinada Türkiyə İlə Yunanıstan arasında növbəti Siyasi Dialoq Toplantısı keçirilib.
Türkiyə və Yunanıstan xarici işlər nazirlərinin müavinləri Mehmet Kemal Bozay və Alexandra Papadopulunun rəhbərliyi etdikləri heyətlər arasında görüşdən sonra birgə açıqlama verilib.
Açıqlamaya əsasən, görüşdə ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələn il Türkiyədə keçiriləcək VI Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Toplantısına hazırlıq prosesi və tədbirdən gözləntilər dəyərləndirilib.
Görüşdə həmçinin, Türkiyə-Avropa İttifaqı əlaqələri və son regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məlumatda toplantının müsbət ab-havada keçdiyi, tərəflərin qarşılıqlı və beynəlxalq əməkdaşlıq sahələrini daha da inkişaf etdirmək istiqamətində ortaq öhdəliklərini bir daha vurğuladıqları bildirilib.