Zelenski: Ukraynanın itirilən əraziləri geri qaytarmağa gücü çatmır

 

Ukrayna Silahlı Qüvvələri işğal olunan əraziləri geri qaytarmaq iqtidarında deyil.

Ukrayna Prezidenti Volodimir Zelenski bunu Kyodo agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Ukrayna müharibəsinin “mürəkkəb dövrü” başlayıb və Kiyev itirilən ərazilərlə bağlı məsələnin diplomatik həll yolunu axtarmalı olacaq.

Bundan öncə Ukraynanın dövlət başçısı Silahlı Qüvvələrdə silah-sursatın yetərli olmadığından şikayətlənib və tərəfdaşlarından yardımı genişləndirməyi tələb edib. Volodimir Zelenski, eyni zamanda, müharibənin diplomatik yolla həllinin mümkünlüyünü açıqlayıb, lakin bildirib ki, bunun üçün Ukraynanın öz maraqlarını müdafiə edəcək gücü olmalıdır.

2024-12-02 / 19:10
Facebook