ABŞ və Britaniya Kiyevə Rusiyanın dərinliyinə zərbə endirmək icazəsi verməyəcək

 

 

 

Böyük Britaniya və ABŞ liderlərinin görüşündə Qərb silahlarından Rusiyanın dərinliklərində yerləşən hədəflərə zərbə endirmək üçün Ukraynaya icazə verilməsi nəzərdə tutulmur.

AZƏRTAC xəbər verir ki, ITV telekanalı bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerə istinadla məlumat yayıb.

Starmer bu gün Vaşinqtonda ABŞ Prezidenti Cozef Baydenlə danışıqlar aparacaq. Qərb mediası yazırdı ki, iki ölkə liderinin Qərb istehsalı olan uzaqmənzilli silahlardan Rusiyanın dərinliklərinə zərbə endirməsinə dair mövcud qadağanı ləğv etmək imkanları barədə qərar qəbul edəcəyi gözlənilir. Lakin Böyük Britaniyanın Baş naziri Ukraynaya Rusiya ərazisindəki hava və raket bazalarına zərbələr endirmək üçün belə raketlərdən istifadə etməyə icazə verilməyəcəyini açıqlayıb.

2024-09-13 / 16:37
Facebook