Ərdoğan: Ukraynadakı müharibənin ədalətli yolla bitməsinə hələ də ümidimiz var

 

Ukraynadakı müharibənin ədalətli yolla bitməsinə hələ də ümidimiz var.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Dünya Hökumətləri Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə bunun üçün səylərini davam etdirəcək.

R.T.Ərdoğan söyləyib ki, daha ədalətli dünyaya ehtiyac var: “Hər zaman dediyimiz kimi, dünya beşdən böyükdür. Bu gün dünyanın ayrı-ayrı yerlərindəki gərginlik bəşəriyyət üçün yaxşı nə isə vəd etmir”.

Türkiyə lideri, həmçinin qeyd edib ki, Qəzzadakı müharibənin genişlənməsinin qarşısını almaq lazımdır: "Bu, Yaxın Şərqin inkişafı üçün vacibdir".

2024-02-13 / 14:54
Facebook