AMB və Dünya Bankı arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib

 

Bu gün Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov Dünya Bankının (DB) nümayəndə heyəti ilə görüşüb.

Bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsində bildirib.

“Görüş zamanı DB-nin Azərbaycandakı cari fəaliyyəti, yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (ÖTÇ) (2025-2028) hazırlanması istiqamətində görülən işlər, yeni ÖTÇ-nin əhatə edəcəyi strateji istiqamətlər, investisiya layihələri, o cümlədən ölkəmizin inkişaf prioritetləri və planları üzrə fikir mübadiləsi apardıq.

Eyni zamanda, Mərkəzi Bank və DB arasında gələcək əməkdaşlıq perspektivlərini və həyata keçirilən texniki yardım layihələrini müzakirə etdik”.-deyə o qeyd edib.

2024-01-23 / 15:45
Facebook