Füzulidə daha 30 ailəyə evlərinin açarları təqdim olunub
Növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub.
30 ailə olmaqla 106 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Bu gün Füzuliyə qayıdan köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Bununla da Füzuli şəhərində 440 ailə olmaqla 1625 nəfərin daimi məskunlaşması təmin edilib.
Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.