Səhnəmizin “Mustafa müəllimi” yubileyini qeyd edir

 

Bu gün Azərbaycanın Xalq artisti, teatr və kino aktyoru, “Şöhrət” ordenli Hacı İsmayılovun doğum günüdür.

O, 22 yanvar 1944-cü ildə Bakıda doğulub.

1970-ci ildən Akademik Milli Dram Teatrında çalışır.

“Azərbaycanfilm” kinostudiyasında ilk dəfə “Ad günü” filmində “Mustafa” rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və 22 aprel 1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.

17 may 1989-cu ildə “Azərbaycan SSR Əməkdar artisti”, 18 dekabr 2000-ci ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalına layiq görülüb.

2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavinidir. Ötən ildən isə ittifaqın sədr vəzifələrini müvəqqəti icra edir.

21 yanvar 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Ailəlidir, iki övladı və üç nəvəsi var.

2024-01-22 / 15:30
Facebook