Baş Prokurorluq: Mebel sexində partlayışda 16 nəfərin ölməsi ilə bağlı xəbər yalandır

 

Bəzi media səhifələrində paytaxtın Binəqədi rayonunun A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayış nəticəsində guya 16 nəfərin ölməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, Baş Prokurorluq bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır.

“Bildiririk ki, axtarış-xilasetmə tədbirləri nəticəsində xilasedicilər tərəfindən 9 meyit tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Baş Prokurorluğun Mətbuat xidməti sosial şəbəkə və media səhifələrində yayılmış həmin məlumatları təkzib edərək rəsmi qurumla dəqiqləşdirilməmiş, yalan və qərəzli məlumatları yaymamağı, bu qəbildən olan məlumatları paylaşan media nümayəndələri barəsində ciddi tədbirlər görüləcəyini diqqətə çatdırır”, - deyə məlumatda qeyd olunub.
2024-01-16 / 17:46
Facebook