Fərid Şəfiyev: "Azərbaycanın təkliflərini Ermənistan qəbul edərsə, müqavilənin tezliklə imzalanması mümkün olacaq"

 

Sülh müqaviləsi ilə bağlı Azərbaycanın təklifləri Ermənistana təqdim olunub, bundan sonra məsələ Ermənistandan asılıdır.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Bizim təkliflərimiz Ermənistana təqdim olunub. Ona görə də sülh müqaviləsinin imzalanması artıq Ermənistandan asılıdır”, - deyə o qeyd edib.
F. Şəfiyev vurğulayıb ki, Ermənistan Azərbaycanın təklifini qəbul edərsə, müqaviləni tezliklə imzalamaq mümkün olacaq: “Ermənistan parlamentinin spikeri Alen Simonyan dünən qeyd edib ki, iki tərəf sülh müqaviləsini imzalamağa yaxındır. Bu o deməkdir ki, yəni ola bilsin, doğrudan da, onlar Azərbaycanın təkliflərini qəbul edirlər. Amma yenə deyirəm, Azərbaycan təklifi verib, indi bir çox şey Ermənistandan asılıdır, onlar qəbul etsələr, biz sülh müqaviləsini tezliklə imzalaya biləcəyik. Amma iş uzanarsa, bu barədə dəqiq vaxt demək çətindir”.
2023-12-27 / 16:59
Facebook