Peskov: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması Moskva üçün çox vacibdir

 

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması Moskva üçün çox vacibdir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması Qafqazda sülh və proqnozlaşdırıla bilən mühiti təmin edəcək:
"Rusiya tərəflərə sülh müqaviləsinin bağlanmasında kömək etməyə hazırdır. Azərbaycan və Ermənistan bu yaxınlarda bir neçə dəfə sülh müqaviləsi üzərində işi başa çatdırmağa hazır olduqlarını bəyan ediblər”.
2023-12-27 / 15:58
Facebook