“ABŞ Türkiyədən Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edib”.
Bu barədə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Vaşinqton bunu sözügedən dövrdə “F-16”ların Türkiyəyə göndərilməsi üçün şərt olaraq irəli sürüb.