Paşinyan: "Ermənistanın beynəlxalq miqyasda tanınmış ərazisinə anklavlar daxil deyil"

 

“Ermənistanın 29,8 min kvadrat kilometr ərazisindən danışanda sovet dövründə Azərbaycana məxsus anklavlar bura daxil edilmir”.
 
Bunu Ermənistan baş naziri Nikol Paşinyan anklavların danışıqlar masasında olması ilə bağlı Tavuşdan olan vətəndaşın sualına cavabında deyib.
 
O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün prinsiplərindən biri qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasıdır: “Anklavların danışıqlar masasında olub-olmaması ilə bağlı sual var”.
 
Bununla belə N.Paşinyan qeyd edib ki, Azərbaycan ərazisində də Ermənistanın anklavı var və bu məsələlər qarşılıqlı həll edilməlidir. Onun sözlərinə görə, gələcəkdə bu anklavlara gediş-gəlişin necə olacağını da düşünmək lazımdır.
2023-11-25 / 10:07
Facebook