Fuad Nağıyev: 2026-cı ildə turizmdən gələn gəlirləri 10 milyard manata çatdırmaq niyyətindəyik

 

Bu ilin 8 ayında ölkəmizə 1 milyon 344 mindən çox səfər olub. Bizim əsas məqsədimiz ölkə turizmini inkişaf etdirməkdir.

Bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının illik fəaliyyətinin yekunlarına dair konfransda söyləyib.

"İnkişaf deyərkən turistlərin sayında, coğrafiyasında və turist xərcləməsində artıma nail olmağı nəzərdə tuturuq. Bunun üçün birlikdə çalışmalıyıq. Əsas hədəf 2026-cı ildə ölkəyə gələn xarici turistlərin sayını 4 milyon nəfərə çatdırmaqdır. Növbəti 4 il üçün turizmin ÜDM-də payını 2019-cu illə müqayisədə 1,5 dəfə artırmaq niyyətindəyik. Orta hesabla hər il 20 faiz artıma nail olmaq istəyirik. 2026-cı ildə yerli turistlərin sayını 6 milyon nəfərə, turizmdən gələn gəlirləri 10 milyard manata çatdırmaq əsas hədəflərimizdəndir", - deyə F.Nağıyev bildirib.

2023-09-12 / 12:45
Facebook