Türkiyə dörd ildən sonra İsrailə ilk səfirini təyin edib

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfir təyin olunması barədə qərarı imzalayıb.
Bu vəzifəyə Şakir Özkan Torunlar təyin olunub.
O dörd illik fasilədən sonra Türkiyənin İsrailə təyin olunan ilk səfiri olub.
Qeyd edək ki, qarşılıqlı səfir təyin olunması barədə razılıq Türkiyə ilə İsrail arasında bu ilin avqustunda əldə olunmuşdu.
Razılıq çərçivəsində İsrail sentyabrın 20-də İrit Lillianı Türkiyəyə səfir təyin etmişdi.
2022-11-12 / 15:03
Facebook