Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolları imzalayacaq

 

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı, avqustun 9-da İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolları imzalayacaq.

Bu barədə ABŞ liderinin avqustun 9-u üçün Ağ Ev tərəfindən yayılan qrafikində deyilir.

"Günün ikinci yarısında prezident çıxış edəcək və Finlandiya Respublikası və İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolların ratifikasiya sənədlərini imzalayacaq", - deyə qrafikdə bildirilir.

Mərasim Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
2022-08-09 / 11:52
Facebook