Demokratların tərəfdarları Baydenin ikinci dəfə Prezident olmasını istəmirlər.

 

ABŞ-ın Demokratik Partiyasının tərəfdarlarının əksəriyyəti hazırkı Prezidenti Cozef Baydenin 2024-cü ildə ikinci müddətə namizədliyini irəli sürməsini istəmir.
Bunu New York Times/Siena Kollecinin keçirdiyi sorğu sübut edir.
Araşdırmalar göstərib ki, respondentlərin 26%-i Baydenin 2024-cü ildə ikinci müddətə namizədliyini irəli sürməsini istəyir, lakin 64%-i başqa namizəd görmək istəyir.
Respondentlərin yeni namizədə səs verməsinin əsas səbəbləri hazırkı prezidentin yaşı və fəaliyyətidir.
Qeyd edək ki, sorğu və analitik şirkəti olan “Civiqs” tərəfindən aparılan sorğuya görə, ABŞ-da qeydiyyatdan keçmiş seçicilərin 29 faizi Co Baydenin idarə etmə tərzini bəyənir, 58 faizi bəyənmir, 13 faizi isə cavab verməkdə çətinlik çəkir.
2022-07-12 / 12:55
Facebook