Bu günədək Ukrayna Türkiyədən 50-dək "Bayraktar" alıb

 

“Ukrayna "Bayraktar" zərbə pilotsuz təyyarələrinin ən böyük alıcılarından birinə çevrilib. Biz indiyədək 50-yə qədər PUA almışıq”.

Bu fikirləri Ukraynanın müdafiə naziri Oleksiy Reznikov feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, "Baykar Makina” şirkəti artıq ikinci dəfədir Ukraynaya silahlarını tamamilə pulsuz verir: "Bayraktar”lar Ukrayna Silahlı Qüvvələrinin silah arsenalının “hörmətli üzvü”dür".

O.Reznikov həmçinin bildirib ki, iyulda Ukraynaya yeni PUA-lar veriləcək.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri ilk zərbə dronlarını hələ 2021-ci ilin iyulunda alıb.

2022-06-28 / 15:00
Facebook