Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
Bu barədə Ermənistan XİN məlumat yayıb.
Bildirilib ki, tərəflər aprelin 6-da Brüsseldə Azərbaycan, Aİ və Ermənistan liderləri arasında keçirilən üçtərəfli görüşdə əldə olunmuş razılaşmaların icrasını müzakirə edib.
Onlar həmçinin regionda iqtisadi və nəqliyyat infrastrukturlarının bərpası perspektivlərini də nəzərdən keçiriblər.