Hulusi Akar: Mariupoldan dinc əhalinin və yaralıların dəniz yolu ilə təxliyəsi üçün gəmi dəstəyi verə bilərik

 

Ukraynanın Mariupol şəhərindən dinc əhalinin və yaralıların dəniz yolu ilə təxliyəsi üçün gəmi dəstəyi verə bilərik. Bu kontekstdə Rusiya və Ukrayna hakimiyyət orqanları ilə danışıqlarımız davam edir.
Bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Kiyev hava limanında qalan Türkiyənin Hərbi Hava qüvvələrinə məxsus iki ədəd “A400M” tipli karqo təyyarəsi ilə bağlı açıqlama verən nazir bu hava vasitələrinin təhlükəsizliyi, təxliyəsi və texniki xidməti ilə bağlı hər iki tərəflə müzakirələrin aparıldığını bildirib.
Son günlər Qara dənizin Türkiyəyə aid hissəsində aşkarlanan minalarla bağlı məlumat verən nazir Akar heç kimə zərər vermədən bu təhlükəni aradan qaldırmağa çalışdıqlarını deyib.
Bildirilib ki, Qara dənizdə dəniz patrul təyyarələri, vertolyotlar, PUA-larla havadan, mina axtaran və patrul gəmiləri ilə dənizdən olmaqla Sahil Mühafizəsi Komandanlığı və digər qurumlarla koordinasiyalı şəkildə mina nəzarəti fəaliyyətləri davam edir. Hazırda bununla bağlı dəniz nəqliyyatında heç bir problem yoxdur.
2022-04-02 / 15:51
Facebook