Türkiyə XİN: "Rusiyanın “DXR” və “LXR”i tanıması qəbuledilməzdir"

 

“Türkiyə Rusiyanın "Donetsk və Luqansk Xalq Respublikalarının" müstəqilliyini tanımaq qərarını qəbuledilməz hesab edir.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, Rusiya Federasiyasının qondarma “xalq respublikaları”nın tanınması barədə qərarı Minsk razılaşmalarının pozulması ilə yanaşı, Ukraynanın siyasi birliyinin, suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulmasıdır.
“Biz Rusiyanın bu qərarını qəbuledilməz hesab edirik və onu rədd edirik”, - XİN-in bəyanatında deyilir.
2022-02-22 / 11:25
Facebook