Ərdoğan bu gün Ukraynaya gedir

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukraynaya rəsmi səfərə yollanacaq.
Ərdoğan Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacaq.
Səfər zamanı iki ölkə arasında yeni əməkdaşlıq addımlarının atılacağı gözlənilir. Həmçinin Ukrayna və Türkiyə arasında ticarət həcminin artırılması və Azad Ticarət Sazişinin imzalanması da nəzərdə tutulur.
Bununla belə, görüşdə müzakirə olunacaq əsas məsələ Rusiya ilə Ukrayna arasında gərginliyin artması olacaq. Liderlər Rusiya və Ukrayna arasında gərginliyi azaltmaq üçün hansı addımların atıla biləcəyini müzakirə edəcəklər.
2022-02-03 / 12:57
Facebook