Ankara Putin-Zelenski görüşünə ev sahibliyi etmək niyyətindədir - Ərdoğan

 

Ankara Putin-Zelenski görüşünə ev sahibliyi etmək niyyətindədir - Ərdoğan

Ankara Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə ev sahibliyi etmək niyyətindədir.

Bu barədə Rəcəb Tayyib Ərdoğan mətbuat konfransı zamanı deyib.

"Biz V.Putinlə V.Zelenski arasında görüş keçirməyi nəzərdə tuturuq. Biz həm V.Putinin Türkiyəyə, həm də mənim Ukraynaya səfərimə böyük əhəmiyyət veririk. Mənim Ukraynaya səfərim gələn ayın əvvəlinə planlaşdırılıb", - deyə Türkiyə Prezidenti əlavə edib.

2022-01-20 / 21:19
Facebook