ÜST Türkiyənin “TURKOVAC”ın effektivliyi ilə bağlı informasiyanı təqdim etməsini gözləyir

 

ÜST Türkiyənin “TURKOVAC”ın effektivliyi ilə bağlı informasiyanı təqdim etməsini gözləyir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyənin peyvəndlə bağlı təşəbbüsünü yüksək qiymətləndirib və buna görə təşəkkür edib.
Bu barədə ÜST-ün regional məsləhətçisi Siddhartha Datt bildirib.
“COVID-19 peyvəndi ilə bağlı ölkələrin araşdırmalar aparması, peyvənd hazırlaması, bütün bu addımlar təqdirəlayiqidir. Buna görə də Türkiyəyə və bu istiqamətdə işlər görən digər ölkələrə təşəkkür edirik. Biz Türkiyənin “TURKOVAC” peyvəndinin sınaqlarını keçirdiyini bilirik və bu ölkənin peyvəndlə onun təhlükəsizliyi və effektivliyi ilə bağlı informasiyanı ÜST-ə təqdim etməsini gözləyirik”, - ÜST rəsmisi vurğulayıb.

2022-01-11 / 15:19
Facebook