Dubai Expo-2020 layihəsi çərçivəsində "Azərbaycan ritmləri və rəqsləri" adlı proqram təqdim olundu

 

Bir 4 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "AZERBAIJANI DANCES AND RHY THMS AZERBAIJAN 1S 明 Azerbaycan Respublikası Madeniyyat Nazirliyi" şəkili ola bilər

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabr ayının 27-də "Ekspo 2020 Dubay" dünya sərgisinin Dubay Millenium Amfiteatrında Azərbaycan Ritmləri və Rəqslərindən ibarət "Azərbaycan ritmləri və rəqsləri" adlı möhtəşəm konsert proqramı təqdim olunub.

Konsertdə "Natiq Ritm qrupu", Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Bakı Xoreoqrafiya Akademiyasının Rəqs Qrupu və Azərbaycan Dövlət Sərhəd Xidmətinin "Mirvari" Rəqs qrupu Azərbaycan milli rəqs və ritmlərindən ibarət rəngarəng proqramla çıxış ediblər.

Proqramda "Qavaldaş", "Qarabağ", "Mirzeyi", "Nəlbəki", "Sarı gəlin" və s. kompozisiyalar tamaşaçıların alqışları ilə müşayiət olunub.

Musiqilərlə bərabər səhnədəki monitorda, Azərbaycanın tarixi, coğrafiyası, milli xalçalarımız, şəbəkə, Şuşa Cıdır düzü izləyicilərin böyük marağına səbəb olub.

Böyük anşlaqla keçən konsertin sonunda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan milli rəqsimiz, "Yallı" sədaları altında bütün auditoriya rəqs etmiş və konsert tamaşaçıların "Qarabağ Azərbaycandır!" şüarı ilə yekunlaşmışdır.

Tədbirdə ölkəmizi Mədəniyyət Nazirinin müavini Sevda Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Konsertdən sonra Azərbaycan pavilyonunu ziyarət edən nümayəndə heyətimiz, pavilyona ekskursiya ediblər.

Həmçinin rəqs kollektivimiz Azərbaycan pavilyonunda kiçik konsert proqramı ilə çıxış edib. Məlumat üçün qeyd edək ki, onlarla ölkə arasında təmsil olunan Azərbaycan pavilyonu, sərginin ən çox ziyarət olunan pavilyonları sırasındadır.

Sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Gələcəyin toxumları" mövzusu ilə çıxış edən Azərbaycan pavilyonunda, interaktiv elektron vasitələrdə,

Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Həmçinin burada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki iqtisadi və sosial sahələrdə davamlı inkişaf və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir. Eyni zamanda sərgidə ölkəmizin aparıcı muzeylərinin fondlarında qorunub saxlanılan eksponatlar (musiqi alətləri, xalçalar və s.) nümayiş olunur.

Məlumat üçün onu da qeyd edək ki, xüsusi olaraq bu konsert "Dubay Ekspo" tərəfindən rəsmi sayt üzərindən canlı yayımlanmış və mətbuatda geniş işıqlandırılmışdır.

2021-12-29 / 15:01
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8282
Facebook