“Hazırda Cənubi Qafqazda fərqli vəziyyət yaranıb. Erməni lobbisinin bütün gücünü sərf etdiyi cəhdlər boşa çıxdı. Yəni Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq sona çatır".
Bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
O bildirib ki, Qarabağın azad olunması, yenidən Azərbaycana qovuşması ilə tarixdə yeni bir səhifə açılıb.
İ.Kalın qeyd edib ki, Türkiyə və Ermənistan əlaqələrini normallaşdırmaq üçün qarşılıqlı addımlar atırlar. Türkiyə rəsmisi normallaşmanın ən çox Ermənistanın xeyrinə olacağını vurğulayıb. O söyləyib ki, dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın təsiri altında olan Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırmasının həm siyasi, həm də iqtisadi faydaları olacaq.
Qeyd edək ki, İ.Kalın ABŞ-da illik təşkil olunan MAS-ICNA konqresində iştirak edib. O, ABŞ-da Türkiyə vətəndaşları ilə görüşüb.