ABŞ-dakı iğtişaşlarda 11 nəfər ölüb, minlərlə insan həbs olunub

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlamış iğtişaşlar nəticəsində azı 11 nəfər ölüb.

Bu barədə KTLA telekanalı xəbər verib.

Mənbənin məlumatına əsasən, ölüm halları Çikaqo, Detroyt, Omaha, Devenport, Oklend və Lyuisvill şəhərlərində qeydə alınıb.

Həlak olanların əksəriyyəti afroamerikalıdır.

“Associated Press” agentliyi yazır ki, polislə toqquşmalar nəticəsində dörd mindən çox insan həbs olunub, 40 şəhərdə komendant saatı elan edilib.

2020-06-03 / 11:25
Facebook