Türkiyədə koronavirusdan ölənlərin sayı 2259 nəfərə çatıb

"Türkiyədə son sutkada daha 119 nəfər pandemiyanın qurbanı olub”.

 Bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2 259 nəfərə çatıb.

Nazir həmçinin daha 4 611 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 95 591-ə yüksəldiyini bildirib. 

F.Koca Türkiyədə indiyədək 14 918 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb. 

2020-04-21 / 22:52
Facebook