Çində sutka ərzində koronavirusdan ölüm qeydə alınmayıb

 

Çində koronavirusa yoluxanların sayı son sutkada 99 nəfər artıb, onlardan 97-i xaricdən gəlib.

Bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.

Sutka ərzində koronavirusdan ölüm qeydə alınmayıb, 50 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.

Ölkədə təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 82 052-ə çatıb, 3339 nəfər ölüb, 77 575 nəfər sağalıb. 1 138 nəfər müalicə alır, 139 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Epidemiyanın episentri sayılan mərkəzi Hubey əyalətində son gündə yeni yoluxma hadisəsi aşkarlanmayıb, ölüm qeydə alınmayıb.

2020-04-12 / 10:34
Facebook