ABŞ koronavirusdan ölüm sayına görə İtaliyanı geridə qoyub birinci oldu

 

ABŞ-da koronavirusdan ölənlərin sayı 20 min nəfəri ötüb.

Bununla da ABŞ koronavirusdan ölüm sayında İtaliyanı keçib. 

Belə ki, son sutkada ABŞ-da koronavirusdan ölüm sayı 1000-dən çox olub.

Qeyd edək ki, ölkədə koronavirusa yoluxma sayı yarım milyonu keçib.

Xatırladaq ki, bu gün açıqlanan məlumatda İtaliyada koronavirusa yoluxanların ümumi sayının 152 271, virusdan ölənlərin sayının isə 19 468 nəfər olduğu bildirilmişdi.

2020-04-11 / 23:37
Facebook