ABŞ-da son sutka ərzində koronavirusdan ölənlərin sayında rekord qeydə alınıb.
Worldometers.info-nun təqdim etdiyi statistikaya əsasən xəbər verir ki, son 24 saat ərzində ölkədə 1736 nəfər pandemiyanın qurbanı olub.
Ən çox ölüm halı Nyu-York şəhərində qeydə alınıb.
Qeyd edək ki, ABŞ-da 400 540 nəfər koronavirusa yoluxub. 12 857 nəfər virusun qurbanı olub. Sağalanların sayı isə 21 711 nəfərdir.