Rüştü Reçber də koronavirusa yoluxdu

Futbol üzrə Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçber koronavirusa yoluxub.

Bu barədə məlumatı veteran futbolçunun xanımı İşıl Reçber sosial şəbəkə hesabında paylaşıb.

O, Rüştünün koronavirusa yoluxması səbəbiylə xəstəxanaya yerləşdirildiyini bildirib.

"Mənim, oğlum və qızımın test nəticəsi neqativ çıxıb. Buna görə də biz evdə, Rüştü isə xəstəxanadadır. Görüşə də icazə verilmir. Ən çətini də onun yanında ola bilməməkdir" - deyə, o, qeyd edib.

2020-03-29 / 10:55
Facebook