Ermənistanda koronavirusa yoluxanların sayında kəskin artım olub.
“RİA Novosti” xəbər verir ki, xəstələrin sayı bir sutkada 30 nəfər artaraq 190-a çatıb.
Ölkənin Səhiyyə nazirliyi yanında xüsusi komissiyası məlumat verib ki, iki nəfər virusdan sağalıb, vəziyyəti ağır olub reanimasyon şəraitdə müalicə alanlar olsa da, hələlik ölüm halı yoxdur.
Qalan yoluxanlar isə özünü yaxşı hiss edir.