Ermənistanda daha 24 nəfərə koronavirus diaqnozu qoyulub.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib.
Beləliklə, Ermənistanda koronavirus daşıyıcılarının sayı 160-a çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 186 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 278 557-ə çatıb. Bunların 92 906 nəfəri sağalıb, 11 554 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.