Türkiyədə son 24 saat ərzində yeni növ koronavirus (COVID-19) səbəbindən ölənlərin sayı daha beş nəfər artaraq doqquza çatıb.
Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O qeyd edib ki, hazırda ölkədə koronavirusa yoluxanların sayı 670 nəfərə çatıb.
Nazir “Twitter” hesabından belə yazıb: “Son 24 saat ərzində koronavirusla bağlı 3 656 test keçirilib, onlardan 311-i müsbət nəticə verib. Xəstələnənlərin sayı 670 nəfərə çatdı. Biz bu gün daha 5 yaşlı və zəif insanı itirdik. Doqquz insan öldü”.