Maestro Niyazinin xatirəsi yad olunub

 

Avqustun 2-də görkəmli dirijor, Xalq artisti maestro Niyazinin vəfatının 35-ci ili tamam olur.

Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları Niyazinin Fəxri Xiyabandakı məzarı və yeni inşa olunmuş abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Niyazinin mənzil-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov və başqaları çıxış edərək maestronun dünya musiqi tarixində tutuduğu yeri və verdiyi töhfələr haqqında məlumat verib, onun yaradıcılığdan söz açıblar.

Həmçinin, bu gün maestronun adını daşıyan muzeydə “Açıq qapı” günü də təşkil olunub.

2019-08-02 / 16:08
Facebook