Prezident Murad Köhnəqalaya mənzil bağışladı

 

Prezident İlham Əliyev şair-publisist Murad Köhnəqalaya mənzil hədiyyə edib. 

Bu barədə məlumatı şairin özü sosial şəbəkədə paylaşıb.

O bildirib ki, mənzil problemi ilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətə müsbət cavab verilib:

“Bu şad xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən mənə zəng edərək bildirdilər. Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram! Qoy həmişə günəş olsun!”

2019-07-23 / 18:44
Facebook