Misirdə Nəsiminin Azərbaycan dilində əlyazması tapılıb
Azərbaycanlı tədqiqatçı-alim, “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əlyazmalarını ortaya çıxarıb.
Seymur Nəsirov müsahibəsində bildirib ki, dahi şair haqqında apardığı tədqiqatlar əsnasında, Misirin paytaxtı Qahirədə yerləşən “Misir Kitablar Evi”ndə (Dər əl-Kutub əl-Misriyyə) İmadəddin Nəsiminin Azərbaycan və fars dillərində olan əlyazmalarını tapıb.
O bildirib ki, Azərbaycan dilində olan əlyazmanın üzərində Nəsimi Külliyatı yazılıb və bu külliyat şer və nəsrdən ibarətdir. Şeirlərin çoxu rübai və məsnəvi üslubunda yazılsa da, qəzəl də var. Nəsrlər isə əsasən öyüd-nəsihət və Peyğəmbərin əhli beytindən bəhs edir.